Bəşəriyyətin bəlasına çevrilən terrorizm son zamanlar daha da genişlənir. Terror aktları insanların ölümünə, habelə əzab-əziyyət çəkməsinə, əmlaklarının yox edilməsinə, eləcə də mülki obyektlərin və yaşayış yerlərinin məhvinə səbəb olur. Bununla yanaşı, terrorizm qanunun aliliyinə, dövlətin milli təhlükəsizliyinə xələl gətirir, sosial sistemin nizamını pozaraq xalqların təhlükəsiz yaşaması üçün maneə yaradır. Dünyada bu dəhşətdən heç bir ölkə sığortalanmayıb.