İranın Rusiyadakı səfiri Mehdi Sənai Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizimaz.az: Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
M.Zaxarova bildirib ki, səfir rusiyalı jurnalist Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar XİN-ə dəvət edilib.
Qeyd edək ki, rusiyalı jurnalist Yuliya Yuzik dünən Tehranda saxlanılıb. Rus jurnalist İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilir.