Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında əzilən Ermənistan ordusu mövqelərini itirir. Şimalda Tərtər, cənubda isə Cəbrayıl-Füzuli istiqamətində irəliləyən Azərbaycan ordusu düşmən cəbhəsində mənəvi-psixoloji sarsıntı yaradıb.
Azərbaycan Ordusu hərbi əməliyyatlar aparır. Şəhid və yaralılarımız var. Bəzi beynəlxalq güclər Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından narahat olub. Onlar müxtəlif bəyanatlar verir, Azərbaycanın haq işinə təzyiq göstərməyə çalışırlar.
Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.