Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı savaşın məğlubu olmamaq və hakimiyyətini bu məğlubiyyətin təsirindən qorumaq üçün yeni taktika seçib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, “Nyu York Tayms”a müsahibə verən Paşinyan jurnalistin ona ünvanlandığı “Ermənistan razılaşma üçün hansısa rayonları qaytarmağa hazırdımı?” sualına qəti cavab verməkdən yayınıb. Belə ki, o, rayonların qaytarılması məsələsinə Dağlıq Qarabağ “rəhbərliyi”nin cavab verməli olduğunu deyib.
Görünən odur ki, Paşinyan Qarabağla bağlı bütün məsuliyyəti üzərindən atmağa və hakimiyyətini maksimum qorumağa start verib. Bununla yanaşı, Paşinyan belə mövqeyə sahib olduğu halda niyə hələ də Azərbaycan ərazilərini Ermənistandan atəşə tutulmasını açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ konfliktində Dağlıq Qarabağ deyilən tərəf yoxdur və Azərbaycanın əraziləri birbaşa Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılır.