Azərbaycan Ordusu hərbi əməliyyatlar aparır. Şəhid və yaralılarımız var. Bəzi beynəlxalq güclər Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından narahat olub. Onlar müxtəlif bəyanatlar verir, Azərbaycanın haq işinə təzyiq göstərməyə çalışırlar.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Spiker qeyd edib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğalçının Azərbaycan ərazilərindən çıxması şərti ilə sülh əldə oluna bilər.
S.Qafarova bildirib ki, sonuncu düşmən əsgəri müqəddəs torpaqlarımızdan çıxmayana qədər əməliyyatlar davam etdiriləcək: “Bu bizim haq işimizdir. Ürəyimiz Azərbaycan əsgərləri ilə döyünür”.