Xəbər lenti

A.Naxçıvanlı: “Prezident İlham Əliyevin siyasi idradəsi bütün uğurlarımızın zəminidir”


“Ölkə Prezidenti cənab İlham Əliyev humanitar atəşkəs rejiminə razılıq verməklə bu dəfə artıq ermənilərin siyasi-diplomatik mövqeylərinə də sarsıdıcı zərbə vurmuş oldu. Heç kim üçün sirr deyil ki, Ermənistan hakimiyyətində olan hərbi-siyasi rejim bu gün bütün dünyada olan havadarlarının köməyi ilə qurmağa çalışdığı siyasi oyunlar vasitəsilə cəbhədəki uğursuzluqlarının əvəzini çıxmağa səy göstərir. Bu oyunların qarşısı isə yalnız qəbul edilən düzgün siyasi qərarlar və atılan məqsədyönlü diplomatik addımlarla alına bilər.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində millət vəkili Aqiyə Naxçıvanlı demişdir.

Azərbaycan tərəfindən humanitar xarakterli atəşkəs rejiminin qəbul edilməsinə münasibət bildirən millət vəkili bu addımın tamamilə düzgün olduğunu və ölkəmizin xeyrinə işlədiyini vurğulamışdır: “Sentyabr ayının 27-dən başlanan hadisələrin gedişi bir daha bütün dünyaya Azərbaycan dövlətinin başında möhkəm siyasi iradəyə malik, qətiyyətli bir liderin durduğunu və bu liderin rəhbərliyi altında Azərbaycan xalqının ən qısa zamanda öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu nümayiş etdirdi. Düşmənin təxribat xarakterli hücumlarına cavab olaraq başlanılmış əks-hücum əməliyyatları ilk növbədə münaqişənin hərbi yolla həllinin olmaması barədə illər boyu bəslənən mifi darmadağın etdi. Dövlət başçımızın qətiyyəti və düşünülmüş addımları nəticəsində status-kvo aradan qaldırıldı və indi həm hərbi, həm də siyasi şərtləri artıq Azərbaycan diktə edir.Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatik gedişləri Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsini gözümüzün önündəcə dəyişməkdədir. Heç şübhəsiz bu gedişlərdən biri də Rusiyanın vasitəçiliyi ilə təklif olunmuş humanitar atəşkəs rejiminin qəbul edilməsidir. Əminəm ki, erməni tərəfi hərbi uğurlarımızın fonunda bizim bu təklifi qəbul etməyəcəyimizə ümid bəsləyirdilər. Çünki belə olan təqdirdə düşmənlərimiz Azərbaycana beynəlxalq aləmdə daha çox təzyiq göstərilməsi üçün əlavə bəhanə əldə edə bilərdilər. Lakin dediyim kimi, Prezident İlham Əliyev onların bu cəhdlərinin də qarşısını düzgün qəbul edilmiş bir qərarla almış oldu. Dövlət başçımızın da dediyi kimi, artıq qarşı tərəfi sülhə məcburetmə əməliyyatlarının birinci fazası tam olaraq bizim üstünlüyümüzlə başa çatmışdır.”

Öz müsahibəsində dinc sakinlərin məskunlaşdığı yaşayış məntəqələrimizin artilleriya hücumlarına məruz qoyulmasını, o cümlədən Gəncənin raket atəşinə tutulmasını qətiyyətlə pisləyən professor Aqiyə Naxçıvanlı bu əməllərin hərbi cinayət olduğunu və təqsirkarların beynəlxalq hüquqa uyğun şəkildə mühakimə edilmələrinin zəruriliyini qeyd etmişdir: “Atəşkəsin elan olunmasından sonra cərəyan edən hadisələr növbəti dəfə Ermənistan rejiminin faktiki olaraq hərbi cinayətkarlardan ibarət olduğunu bir daha bütün dünyaya sübut etdi. Şanlı Azərbaycan əsgərinin, Azərbaycan silahının qarşısında duruş gətirə bilməyən düşmən hər zaman olduğu kimi, xaincəsinə hərəkət edərək dinc sakinləri hədəfə alır. Təsəvvür edin ki, hərbi əməliyyatların dayandırılması üçün az qala bütün dünyada yalvarmadığı bir ölkə lideri qalmayan ermənilər bizim razılığımızla elan olunmuş humanitar atəşkəs rejiminə belə bir neçə saat da olsa riayət edə bilmədilər. Artıq oktyabrın 11-də gecə saatlarında, insanların öz evlərində yatdıqları bir vaxtda Ermənistan silahlı qüvvələri cəbhə zonasından da kənarda yerləşən Gəncə şəhərini raket atəşinə tutdular.Ölkənin ikinci ən böyük şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları hədəfə alınaraq raket zərbələri nəticəsində dağıdıldı. İnsanlarımız, o cümlədən qadınlar həlak oldular. Aralarında azyaşlı uşaqlar olmaqla onlarca dinc sakin xəsarət aldı. Budur erməni xisləti! Bunu bütün dünya görməlidir, bilməlidir! Hərbi cinayətkarlar beynəlxalq məhkəmədə mühakimə olunmalı və layiq olduqları cəzanı almalıdırlar.”

Saytımıza verdiyi müsahibəsinin sonunda millət vəkili bir daha Prezident İlham Əliyevin hərbi uğurlarımızın siyasi müstəviyə daşınması istiqamətində atdığı addımları yüksək qiymətləndirərək əsil qələbənin də yalnız bu yolla əldə olunacağını vurğulamışdır: “Əgər biz bu gün hərb meydanında əldə etdiyimiz uğurları diplomatik əsaslarla da beynəlxalq ictimaiyyətə qəbul etdirə bilməsək, bu zaman qələbəmiz tam olmaz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu hər kəsdən yaxşı bilir. Məhz bu səbəbdən də Ali Baş Komandanımız nə zaman əks-hücum əməliyyatlarının, nə zaman isə danışıqların aparılmasının lazım olduğunu çox böyük dəqiqliklə təyin edir. Bu gün məhz Prezident İlham Əliyevin siyasi iradəsi bütün uğurlarımızın zəminidir və bu siyasi iradənin sayəsində Azərbaycan tezliklə öz ərazi bütövlüyünü tam olaraq bərpa edəcək!”
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov