Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.
Bizimaz.az xəbər verir ki, bu barədə Trend-ə K.Əliyev özü məlumat verib. O bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Hazırda idarənin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat yoxdur.