Beynəlxalq Qırımızı Xaç Komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurum mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində salanılan şəxslərə oktyabr və noyabr aylarında baş çəkib:
"Komitə əməkdaşları başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti, vəziyyətləri və digər məsələlər barədə monitorinq keçirib və onların vəziyyətləri barədə ailə üzvlərinə məlumat verib".