“Dualarımız qəbul oldu, Amin əsirlikdən qaytarıldı. Sevincimizin həddi-hüdudu yoxdur”.
Bizimaz.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Vətən müharibəsində yaralanaraq, ermənilərə əsir düşən Amin Musayevin xalası Nübar Abadova bildirib.
O deyib ki, rəsmi qurumlar tərəfindən hər hansı məlumat verilməsə də, onlar Aminin qayıtdığına əmindirlər:
“Saytlarda, televiziya kanallarında Aminin fotosu yayılıb. Biz də ordan gördük. Çox şükür bu günə. Cənab Prezidentə, güclü ordumuza təşəkkür edirik. Bircə sağ-salamat evinə gəlsin, başqa bir şey istəmirik”,
N.Abadova hazırda Aminin əsirlikdən qayıtması ilə bağlı ziyarətə getdiklərini deyib:
“İndi yol üstəyik, Aslanbəyli kəndindəki Hacı Mahmud Əfəndini ziyarətinə gedirik. Allah bütün nəzir-niyazları qəbul eləsin”.