“Ermənistan və Azərbaycan əsirlərin mübadiləsi prosesinə başlamağa yaxındır”.
Bizimaz.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün öz feysbuk səhifəsində xalqa müraciəti zamanı bildirib.
“Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”,- deyə Paşinyan qeyd edib.
istinad