Aprelin 4-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul etdi. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxıldı.
Ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini mənalı və yaddaqalan etmək, onlara Azərbaycanın tarixi və müasirliyi, zəngin mədəniyyəti, çoxçalarlı incəsənəti barədə dolğun məlumat vermək məqsədi daşıyan “Culture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqunun ilk sayı çapdan çıxıb.
AzəbaycanTeleviziyası informasiya texnologiyalarının geniş tətbiqinə start verib. Artıq sosial media sahəsində də aktivlik artıb. İnformasiya Proqramları Studiyasının hazırladığı ayrı-ayrı ekslüziv reportajlar, verilişlər sosial şəbəkələrdə yerləşdirilir.
Xalq artisti Flora Kərimova haqqında sənədli film hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə artsitin feysbuk səhifəsində məlumat verilib. Bildirib ki, 3 saat 42 dəqiqəlik sənədli film yaxın günlərdə təqdim olunacaq. Bəzi fraqmentlərin paylaşıldığı videoda müğənni xatirə və arzularını bölüşüb. O, qeyd edib ki, onu əcdadlarının ruhlarının qoruduğuna inanır:
“Ana tərəfdən Ağa Seyid nəslindənəm, Seyid Səltənət nənəm olub. Qəbələdən olan Şıxbaba isə mənim ulu babam olub. Onun adına nəzirlər deyilir”.
Daha sonra Xalq artisti ən böyük arzusunu dilə gətirib:
“Bir təveqqəm var, Allah mənə bu sevincimi çox görməsin. Çünki qız nəvəmi görmək istəyirəm. Onu da mənə yetir (səsi titrəyir) sonra baxarıq. Bəlkə sənə təzədən yalvardım, amma bu, sonranın işidir”.
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi (1369-1417) klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.