Xəbər lenti

"Speys” kanalında yayımlanan "Hər səhər" verilişində yaşanan qalmaqal bir çox əməkdaşın işdən uzaqlaşdırılmasına səbəb olub.

 

Teleqraf.com-un məlumatına görə, bu gün verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməkdar artist Çingiz Əhmədov aparıb. Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun qonaq olduğu proqramda qalmaqallı hadisə yaşanmışdı. Belə ki, Rüfət fonoqramla mahnı oxuyarkən, aparıcıya əxlaqsız ifadələr işlədim, səs rejissoru isə mikrofonları bağlamağı unutduğu üçün səs efirə gedib. Ötən gün səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, MTRŞ kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.

Qeyd edək ki, Anar eyni zamanda "Speys" radioda "Yanar saat" verilişinin aparıcısıdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov