Azərbaycanın Xalq şairi, mərhum söz ustadı Osman Sarıvəllinin oğlu vəfat edib.
Bizimaz.az xəbər verir ki, Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib.
Qeyd edək ki, Xalq şairinin oğlu uzun illərdir Türkiyənin Qaziantep Universitetində elmi fəaliyyətlə məşğul olub.
O, bu gün dədə-baba yurdu İkinci Şıxlı kəndində dəfn olunacaq.