Xəbər lenti

AZTV-də yeni təyinat - Tanınmış jurnalist baş direktor təyin edildi
 

AZTV-də yeni kadr dəyişikliyi baş tutub.

 

Tanınmış jurnalist Mehriban Məmmədova AZTV-nin İnformasiya Proqramları studiyasının baş direktoru təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

M.Məmmədova açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, M.Məmmədova buna qədər eyni studiyada direktor postunu tuturdu.

Studiyanın baş direktoru F.Hüsiyev isə bir müddət əvvəl AzTV sədri Rövşən Məmmədov tərəfindən işdən çıxarılıb və Teleradio Akademiyasına rektor təyin edilib.

Xatırladaq ki, AzTV-nin keçmiş sədri Arif Alışanov 2018-ci ilin yanvarında Mehriban Məmmədovanı işdən çıxarmışdı və bu, qalmaqala səbəb olmuşdu. Buna səbəb isə onadan bir müddət əvvəl Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verilməsi, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olması idi. Belə bir jurnalistin işdən çıxarılması birmənalı qarşılanmamışdı və görünür elə buna görə də AzTV rəhbəri onu yenidən işinin başına qaytarmışdı.(Bakupost.az)

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov