Xalq artisti Flora Kərimova haqqında sənədli film hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə artsitin feysbuk səhifəsində məlumat verilib. Bildirib ki, 3 saat 42 dəqiqəlik sənədli film yaxın günlərdə təqdim olunacaq. Bəzi fraqmentlərin paylaşıldığı videoda müğənni xatirə və arzularını bölüşüb. O, qeyd edib ki, onu əcdadlarının ruhlarının qoruduğuna inanır:
“Ana tərəfdən Ağa Seyid nəslindənəm, Seyid Səltənət nənəm olub. Qəbələdən olan Şıxbaba isə mənim ulu babam olub. Onun adına nəzirlər deyilir”.
Daha sonra Xalq artisti ən böyük arzusunu dilə gətirib:
“Bir təveqqəm var, Allah mənə bu sevincimi çox görməsin. Çünki qız nəvəmi görmək istəyirəm. Onu da mənə yetir (səsi titrəyir) sonra baxarıq. Bəlkə sənə təzədən yalvardım, amma bu, sonranın işidir”.