Xəbər lenti



Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərinin ikinci ildönümünə həsr olunan “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin və “ASAN” Xidmətin təşkilati dəstəyi ilə təşkil olunan “Təki Vətən  yaşasın” adlı tədbir keçirilib.

Tədbirdə həmçinin, jurnalist Aida Eyvazlı Göytürkün “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının təqdimat mərasimi olub.  Kitab 2016-cı il aprel şəhidlərinin xatirəsinə ithaf olunub.

Təqdimatda aprel şəhidlərinin valideyn və doğmaları, yaxınları, həmin günlərin ab-havasını yaşayan qazilər, eləcə də media və QHT nümayəndələri iştirak ediblər.

Tədbir sanki daha çox təsiri altından çıxılmayacaq kədərli anlarla yadda  qalıb.

“ASAN” Xidmət könüllüləri tədbirin sonunda hamını duyğulandıracaq kompozisiya  nümayiş etdiriblər. Aprel şəhidlərinin sayı qədər könüllü səhnəyə çıxaraq bir anda hamıya dəhşətli hisslər yaşadıblar.

Əvvəlcə, onların gəlişinin əsas səbəbi tam anlaşılmayıb. Lakin könüllülərin  yaxınlaşmasıyla, həmin dəhşətli səhnələrin yaranması bir olub.

Belə ki, onlardan hərəsi geydikləri köynəklərdə, aprel şəhidlərinin böyüdülən portretlərini əks etdiriblər. Yəni, rəmzi də olsa, hər könüllü bir aprel şəhidi qismində təqdimata qatılıb.

Bu, şəhidlərin əbədi ölməzliyinə və hər zaman yaxınlarının yanında olmasına bir işarə olub. Təşkilatçıların bu cür həssas jesti aprel şəhidlərinin doğmalarını çox duyğulandırıb.

Hər doğma öz şəhid “oğlunu” qucaqlayaraq, bir növ ikiillik həsrətə son qoymağa çalışıb. Göz yaşına boğulan valideyn və doğmalar kitab təqdimatında ikiillik həsrəti xəyalən də olsa ovudublar.  

 

 

 

 

 

 

 



"Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə bu bölgənin türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçiriblər. Ən dəhşətli faciələrdən biri 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır".

B
unu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov "1918-ci il Azərbaycanlıların Soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Dövlət Komissiyasının katibi bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

"1918-ci il Azərbaycan-türk əhalisinə qarşı soyqırım hadisələri yalnız Azərbaycan ərazisi ilə məhdudlaşmamış, ümumilikdə Cənubi Qafqaz, Türkiyə və İranda yaşayan dinc müsəlman xalqlarını da əhatə edib. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib".

İ.Axundov qeyd edib ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub.

"Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart – aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da erməni terrorçu-quldur dəstələri və Ermənistan hərbçiləri tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti davam edib. Nəticədə Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edilmiş 1 milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrilib, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərində insanlığa və bəşəriyyətə qarşı cinayət əməli – soyqırımı törədilib. Nəticədə bir gecədə 613 dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib".



Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik "Əl-Fəcr" qəzetinin 24 dekabr 2017-ci il tarixli sayında qəzetin baş redaktoru doktor Şərif Əl- Bəsilin imzasıyla “İlham Əliyev: müdrikliyi, uzaqgörənliyi və xalqın maraqlarını dəqiq incələməsi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə doğru aparır" adlı məqalə dərc olunub.

Qəzetin bir səhifəsini tamamən Azərbaycana həsr edən Baş redaktor, 26 illik müstəqilliyi dövründə Azərbaycanın siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə geniş və hərtərəfli uğur və naliyyətlər əldə etdiyini qeyd edərək, Azərbaycanın bu qısa müddət ərzində aktiv və mühüm dövlətlər xəritəsində, eləcə də sivil millətlər arasında özünəməxsus yer tutduğunu bildirmiş, bəşəri sivilizasiya tarixində mühüm aktorlardan birinə çevirildiyini və regional və beynəlxalq sülhün möhkəmləndiirlməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Artıq çoxlarının Azərbaycanı Cənubi Qafqaz və Avrasiya regionunda mühüm bir ölkə kimi tanıdığını bildirən məqalə müəllifi Azərbaycan xalqının Prezident İlham Əliyevə həm ölkə daxilində, həm də ölkə xaricində mühüm uğurlar əldə etmiş milli rəmz kimi baxdıqlarını diqətə çatdırmış, İlham Əliyevin Azərbaycanı inkiaf etmiş ölkələr sırasına cıxardığını, əhalinin yaşayış səviyyəsini və rifahını daha da yaxşılaşdırdığını qeyd edib.

Xalqın ona olan etimad və inamının çox təbii ki, dövlət resurslarının inkişaf etdirilməsi, irimiqyaslı dövlət layihlərinin icrası, yeni iş yerlərinin yaradılması, gənclərin iş yerləri ilə təmin olunması, uzaqgörən siyasəti kimi məqsədyönlü strategiyası nəticəsində formalaşdığını qeyd edən müəllif İlham Əliyev siyasətinin Azərbaycan gənclərini ruhlandırdığını və onların həyatın bütün sahələrində aktiv ro oynamağa təşviq etdiyini vurğulayıb.

Müəllif Azərbaycanı tanıyan hər bir oxucunun Prezident İlham Əliyevin yürütdüyü siyasətin yalnız xalqın maraqlarına xidmət etdiyini bildirmiş, Azərbaycan xarici siyasətinin ardıcıl uğurlar əldə etdiyini, Azərbaycanın davamlı və sürətli inkişaf yolu keçdiyini qeyd edərək, Azərbaycanın sabit və iri addımlarla gələcəyə doğru ümidlə irəlilədiyini oxucularının diqqətinə çatdırıb.

Prezident İlham Əliyevin doğum günündə hər bir azərbaycanlının fərəh hissi keçirdiyini və bu günü böyük iftixarla qeyd etdiyini bildirən müəllif İlahm Əliyevin tək Azərbaycan xalqının deyil, eyni zamanda beynəlxalq müstəvidə də böyük nüfuza malik olduğunu bildirmiş, xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı orden və medallarına - “Kral Əbdüləziz” ordeninin, Küveytin “Mübarək əl-Kəbir” ordeninin, Fransanın “Şərəf Legionu” ordeninin, Rumıniyanın “Ulduz” ordeninin, Gürcüstanın “Şərəf” ordeninin, həmçinin “Türkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimi” mükafatının, “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafata və sair layiq görüldüyünü xatırlayıb.

İlham Əliyevin şəxsi və peşəkar həyatına nəzər salan jurnalist onun 24 dekabr 1961-ci il tarixində ziyalı ailəsində anadan olduğunu oxucuların diqqətinə çatdıraraq, dövlətimizin başçısının Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetini bitirdiyini, tarix elmləri doktoru olduğunu, oxuduğu Universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olduğunu qeyd edib.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli çağırışı ilə hakimiyyəti öz üzərinə götürdüyünü və ölkənin yaranmış xaosdan qoruduğunu bildirən müəllif ulu öndərdən sonra İlham Əliyevin hakimiyyətə gəldiyini və atasının siyasi kursunu uğurla davam etdirdiyini vurğulamışdır.
Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyası sədrinin müavini, sonra isə birinci müavini seçildiyini diqqətə çatdıran yazar, 2001-2003-cü illərdə İlham Əliyevin Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etməsi və 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və büro üzvü seçilməsi barədə məlumat verir.

Məqalə müəllifi cənab İlham Əliyevin 4 avqust 2003-cü ildə Baş nazir vəzifəsinə təyin edildiyi bildirərərk. 15 oktyabr 2003-cü il tarixində Azərbaycanda şəffaf prezident seçkilərinin keçirildiyini, cənab İlham Əliyevin ümumi səslərin 79.46%-ni əldə etməklə qalib gəldiyini və 31 oktyabrda baş tutan andiçmə mərasimindəki çıxışının konseptual məqamlarını oxucuların diqqətinə çatdırıb.

Müəllifi Prezident İlham Əliyevin hakimiyyəti illərində yoxsulluğun və işsizliyin kəskin azaldığını, yeni iş yerlərinin açıldığını, valyuta ehtiyatlarının, ÜDM-un artdığını qeyd edərək, həmin dönəmlərdə irimiqyaslı layihələrin icrasına başlanıldığını diqqətə çatdırıb.

Cənab İlham Əliyevin Azərbaycanın rəhbərliyi dövründə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınması, Azərbaycan ərazisində qaz və nəqliyyat layihələrinin həyata keçirilməsi barədə məlumat verən müəllif bunun da öz növbəsində, Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyəti ilə yanaşı, qlobal həyati əhəmiyyətli layihələrin gerçəkləşdirilməsində mühüm regional rolunu daha da gücləndirdiyinə diqqət çəkərək, iri layihələrdən olan “Cənub Qaz Dəhlizi” layihəsi, “Şahdəniz-2” layihəsi, TANAP və TAP layihələri və bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyininin təmin etməsi barədə oxucularına məlumat verib.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından danışan yazar layihənin Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olduğunu bildirmiş, sözügedən dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olduğunu qeyd edərək, layihənin Orta Asiya ölkələrinin, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracağını və bu yol vasitəsilə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağını və dəmir yolunun regionda turizmin inkişafına da güclü təsir göstərəcəyini vurğulayıb.

Dünya bazarında qara qızılın qiymətinin kəskin şəkildə düşməsi ilə bəzi neft ixrac edən ölkələrin iqtisadi böhranla üzləşdiyinə diqqət çəkən müəllif Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının böhrandan əziyyət çəkmədiyini və ölkədə qeyri-neft sektorunun inkişafına təkan verildiyini bildirmiş və neftdən asılılığın azaldılmasına dair konkret tədbirlər paketinin icra olunduğunu qeyd edib.

Azərbaycanın hərbi vəziyyətinə toxunan müəllif Azərbaycan ordusunun hazırlıq, döyüş qabiliyyəti, texnikası silah və sursat baxımından regionuna ən güclü ordularından biri olduğunu vurğulamış və bu gün Azərbaycan ordusunun xarici ölkələrin Azərbaycan ərazilərinə olan maraq və tamahlarının qarşısını almağa tam hazır olduğunu bildirib.

Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi kursu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edən baş redactor Azərbaycanın bu gün Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qurduğunu bildirmiş, Azərbaycanın 155 səslə 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçildiyini, bir sıra beynəlxalq təşkilatlarla yanaşı, Qoşulmama Hərəkatı, Afrika Birliyi kimi qurumlara da üzv olduğunu qeyd edib.

Məqalə müəllifi Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlət olduğunu bildirərək, İslamAvropa təşkilatlarının üzvü olan Azərbaycanın hər iki sivilizasiyaların dəyərlərini özündə ehtiva etməklə həmin sivilizasiyalar arasında təbii körpü rolunu oynadığını qeyd etmiş, ölkəmizin bir asıra beynəlxalq forum və dialoqlara ev sahibliyi etdiyindən bəhs edərək, Prezident İlham Əliyevin rəhbərliyi və UNESCO, BMT Sivlilizasiyalar alyansı, Avropa Şurası İSESCO və digər mötəbər təşkilatların iştirakı ilə 5-6 may 2017-ci ildə Bakıda 4-cü Mədəniyyətlərarası Dünya Forumunun keçirildiyini xatırladıb.

Məqalədə, son illər ərzində Azərbaycanın ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyi bildirilmiş, Azərbaycan Respublikasının dünyada artıq idman ölkəsi kimi tanındığı qeyd olunaraq, 12-22 may 2017 ci ildə Bakıda Dördüncü İslam Həmrəyliyi Oyunlarının da keçirildiyi vurğulanıb.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın bir çox beynlxalq mədəni, humanitar, musiqi, iqtisadi və idman tədbirlərini uğurla həyata keçirərək, bu sahədə böyük nüfuz qazandığını qeyd edən müəllif bu tədbirlərin yüksək səviyyədə keçirilməsində ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti, UNESCOİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük və danılmaz rolu olduğunu bildirmiş və qeyd etmişdir ki, Azərbaycan EXPO 2025 beynəlxalq sərgisinin keçirilməsi üçün namizəd ölkədir və şübhəsiz ki, artıq gözəl təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban Əliyevanın nəzarəti altında bu tədbir də yüksək göstəricilərlə tarixdə iz salacaqdır.

Müəllif EXPO 2025-ə ev sahibliyi etmək niyyətində olan Azərbaycanın Dubayda keçiriləcək EXPO 2020 sərgisinə də xüsusi diqqət yetirdiyinin qeyd edərək, Azərbaycanın EXPO 2020-də iştirakını təsdiqləmiş ilk ölkə olduğunu bildirib.


ABŞ Prezidenti Donald Trampın dünyanı ayağa qaldıran Qüds qərarı əsas gündəm mövzusudur. Başda fələstinlilər olmaqla, bütün müsəlman aləmini narahat edən bu qərar artıq toqquşmalarla müşayiət olunur.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov