Xəbər lenti




Bu il Azərbaycana Yeni il günlərində ərəb ölkələri və keçmiş sovet ölkələrindən daha çox turist gələcək.

 

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu il Yeni illə əlaqədar Azərbaycana Rusiya, Qazaxıstan və Ukraynadan gələn turistlərin sayı çoxdur:

“Ukraynadan gələn turistlərin sayı son zamanlar artıma doğru dəyişirdi. Amma bu il bu sayda ciddi irəliləyiş var”.

N.Bağırov əlavə edib ki, ötən ilki Yeni illə müqayisədə bu il Rusiya, Qazaxıstan və Ukraynadan gələcək turistlərin sayı ən azı 15-20 faiz artıb.

Assosiasiya sədri qeyd edib ki, ölkəmizə gələcək turistlər dincəlmək üçün daha çox Qəbələ, Qusar bölgəsinə üstünlük verəcəklər.

N.Bağırov qeyd edib ki, xarici turistlər Yeni il bayramı günlərində ən azı 4 gecə qalmağı planlaşdırırlar.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var.

Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutub.

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib.

Qeyd edilən müddətdə Azərbaycana Birləşmiş Ərəb Əmirliyindən 81 742, İraqdan 54 242, Ukraynadan 49 449, Səudiyyə Ərəbistanından 31821 xarici vətəndaş səyahət edib.




14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov