Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı məqsədilə xüsusi virtual kampaniya keçirilib. 1150 nəfərin qoşulduğu kampaniyanın birincə mərhələsi qısa müddətdə tamamlanıb.
Cəmiyyətin müxtəlif təbəqələrini, fərqli peşələri və yaş qruplarını təmsil edən insanlar kampaniyaya qoşulub, öz şəkillərini
aprel2018.biz yükləməklə cənab
İlham Əliyevə dəstəklərini ifadə ediblər.
Hər bir şəxs həmçinin cənab
İlham Əliyevi niyə dəstəkləməsinin səbəbini də saytda qeyd edib və bu məlumatları sosial şəbəkələrdə paylaşıb. Kampaniyaya qoşulan bütün şəxslərin şəkilləri və fikirlərilə
aprel2018.biz saytında tanış olmaq olar.
Kampaniya çərçivəsində tədbirlərin davamı nəzərdə tutulur. Belə ki, ən maraqlı fikirlərdən istifadə olunmaqla buklet, caps və videlar hazırlanacaq.
Prezidentə dəstəyini ifadə edənlərin maraqlı fikirəri həqiqətən də çoxdur. Bunlar həm də sadə vətəndaşın və seçicinin dövlət başçısına münasibətini ifadə edir.
AzVision.az aprel2018.biz çağırışına qoşulanlardan bəzilərinin fikirlərini təqdim edir:
Füzuli Elyazov
“Mən
İlham Əliyevə ona görə səs verirəm ki, O, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə bərabər, həm də öz sözünün sahibidir və verdiyi hər bir vədi əməli işilə gerçəkləşdirir”.
Sübhan Hüseynov“Mən
İlham Əliyevə ona görə səs verirəm ki, cənab prezidentimiz hər bir Azərbaycan vətəndaşının qayğısına qalır”.
Nurlan Hacıyev“Mən
İlham Əliyevə ona görə səs verirəm ki, Azərbaycan xalqının
Prezidentə məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır.
Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır”.
Emin Carçıyev“Mən
İlham Əliyevə ona görə səs verirəm ki, dövlətimiz daha da inkişaf etsin, güclənsin, övladlamırın sabahları uğurlu, parlaq olsun. Ən əsası,
İlham Əliyev cənablarını Azərbaycan xalqının əsl Lideri olaraq gördüyüm üçün səs verirəm!”.
Orxan Əhmədov “Mən
İlham Əliyevə ona görə səs verirəm ki: 1) Ulu Öndər
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır; 2) Dünya azərbaycanlılarının tək Lideridir; 3) Millətini, dövlətini layiqincə təmsil edən şəxsdir; 4) 15 illik fəaliyyati dövründə özünün də dediyi kimi, bütün azərbaycanlıların prezidenti olub; 5) Mən ondan başqa bir namizəd tanımıram və tanımaq da istəmirəm. Bir şuarımız var: İLHAMLA İRƏLİ”
Mahirə Əmirhüseynova“Mən
İlham Əliyevə ona görə səs verirəm ki, bu gün ölkəmizə cənab
İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi – iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadiminin rəhbərlik etməsi Azərbaycan xalqı üçün tarixi şansdır. Cənab
İlham Əliyev öz Vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir. Azərbaycanın bugünkü ugurları
Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir.
Aidə Məmmədova“Mən
İlham Əliyevə ona görə səs verirəm ki, O, güclü liderdir, güclü lider isə güclü Azərbaycan deməkdir.
İlham Əliyev hər zaman xalqın sevgisini, xalqın inamını doğruldub. İnanıram ki, öz əməyinin və xalqın sevgisinin nəticəsində bu il prezident seçkilərində də qalib gələcək”.
Təmraz Məmmədov “Mən
İlham Əliyevə ona görə səs verirəm ki, Azərbaycanı Azərbaycana qaytardı, bütün dünyaya tanıtdı”.
Aqil Məmmədov“Mən
İlham Əliyevə ona görə səs verirəm ki, Azərbaycanın artıq regional güc olması bir reallıqdır. Və əgər bunun əsas memarı
Heydər Əliyevdirsə, bu təməli qoruyub saxlamağı bacaran
İlham Əliyevdir. Bu gün Azərbaycanı nəqliyyat dəhlizinə çevirməklə
İlham Əliyev bundan sonrakı, 100 il üçün Azərbaycanın geostrateji mövqeyindən gəlir əldə etməsini təmin etmiş oldu”.