Avropa İttifaqı (Aİ) İrəvanda etiraz aksiyaları zamanı saxlanılan müxalifətçilərin dərhal azadlığa buraxılmasını tələb edib.
Aİ tərəfləri təmkinli olmağa çağırıb.
"Öz qanuni hüquqlarının həyata keçirilməsi zamanı qeyri-qanuni saxlanılan hər bir kəs dərhal azad olunmalıdır", -deyə bəyanatda vurğulayıb.
Qeyd edək ki, bu gün İrəvanda keçirilən etiraz aksiyalarında 230-a yaxın şəxs saxlanılıb. Tutulanlar arasında aksiyaların lideri Nikol Paşinyan da var.