Xəbər lenti



Əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib.

Ardını oxu...



Göyçay rayon Prokurorluğunda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaq işləri davam etdirilir.

22.12.2017 00:06

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.

Hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.

Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.






Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində külli miqdarda psixotrop maddə ilə saxlanılıb.

Ardını oxu...




Salyanda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub.

Bizimaz.az Lent.az-a istinadən xəbər verir ki, Şorsulu kəndində Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın başlayarkən ev sahibi işdə olub.

Belə ki, Salyandakı mal bazarında alverlə məşğul olan M.Bəhrəmli gedəndən sonra həyat yoldaşı tövlədə heyvanlara baxmağa gedib. Az sonra qadın evin tüstülədiyini görüb və qonşuları köməyə çağırıb. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən ev sürətlə yanıb. Hadisə vaxtı yatmış vəziyyətdə olan 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.

Qeyd edək ki, mənzilin isidilməsində qazdan istifadə edilirmiş.

Faktla bağlı araşdırma aparılır.




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov