Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə “Kritı Araz” kimi tanınan Araz Fərəcov və dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Ardını oxu...



Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.

DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.

“Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, - deyə, DTX-nın məlumatında bildirilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daha bir bələdiyyə sədrini cərimələyib. 

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Reyd zamanı Oğuz rayonu Sincan bələdiyyəsi ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.

Faktla bağlı Sincan bələdiyyəsinin sədri Sərxan Zahidov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.



2018-ci ilin I rübü ərzində respublika ərazisində 1488 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2017-cı ilin I rübü ilə müqayisədə 781 hadisə və ya 34% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Ardını oxu...

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.

DTX-dan verilən xəbərə görə, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədi ilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb.

Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov