Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Sumqayıtda yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450000 manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.
Sentyabrın 24-də saat 1 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Seymur Səfərovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Sentyabrın 23-də saat 23 radələrində Şəmkir rayonunun Abbaslı kəndi ərazisində Aşağı Seyfəli kənd sakini Yalçın Babayevin idarə etdiyi “VAZ-2106” və Ağstafa rayon sakini Elvin Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.