Xəbər lenti



Şamaxı şəhərində yenidən aktivləşən torpaq sürüşməsi evlərin qəzalı vəziyyətə düşməsinə səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, torpaq sürüşməsi əsasən Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb. Son vaxtlar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi geniş ərazini əhatə edib, nəticədə evlərdə iri çatlar əmələ gəlib.

 

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hazırda davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Uzunluğu 150 metr, eni 100 metr olan torpaq kütləsi bir gün ərzində 80 santimetr axın edərək evlərə yaxınlaşıb. Torpaq kütləsi məhəllədaxili yolların bağlanmasına, çardaq və hasarların uçmasına səbəb olub.

 

Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxaraq ərazidə gölməçələr əmələ gəlib. Sürüşmə ərazisindən keçən su borusu da qırılaraq torpaq kütləsinin altında qalıb.

Sürüşmə qısa vaxtda tikililəri də əhatə edib. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib. İki ailəyə məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.

Sürüşmə ərazisində 15 fərdi yaşayış evi yerləşir. Artıq 7 ailənin üzvləri qəzalı vəziyyətə düşən evini tərk etmək məcburiyyətində qalaraq başa yerlərə köçüb. Hazırda 8 ailə torpaq uçqununun baş verdiyi təhlükəli ərazidə yaşayır.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 və 99 saylı binaların qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ardını oxu...



Bakının Pirşağı kəndində yerləşən “Gilavar” sanatoriyasında yanğın başlayıb.

Bu barədə  hadisə şahidləri məlumat veriblər.

Ardını oxu...



“Bank Standard”ın bir qrup əmanətçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı, Mərkəzi Bankın sədri Elman Rüstəmov və bir qrup vəzifəli şəxs haqda məhkəməyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda iqtisadçı Əkrəm Həsənov məlumat yayıb. Xəbərə görə, bankın 82 əmanətçisi bankın müflisləşməsində təqsirli şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. Təqsirkarlardan vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxmini 81 mln. manat təşkil edir. 

Ə. Həsənov bildirib ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var və buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq.

Ə. Həsənov bildirib ki, bu və digər sübutlara əsasən əmanətçilər hesab edir ki, aşağıdakı şəxslər bankın müflisləşməsində təqsirkardır:

1. Mərkəzi Bank, habelə şəxsən onun sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov (bank nəzarətinə görə məsul olmuş “Bank Mamed”in kürəkəni). Onların əsas vəzifəsi səmərəli bank nəzarətinin həyata keçirilməsi (əmanətçilərin maraqlarını qorumaq üçün) olduğu halda, əksinə, “Bank Standard”dakı qanun pozuntularına ən azı göz yumub, tədbir görməyib, üstəlik bankı yeri gəldi-gəlmədi kreditləşdiriblər.

2. Bankın auditoru olmuş “KPMG”. Bankın auditini qeyri-obyektiv həyata keçirib və onun maliyyə vəziyyəti barədə ictimaiyyətdə yanlış təəssürat yaradıb. Məsələn, 2012-2013-cü illər üzrə təxmini 15 mln. manat zərərin olduğunu bildirib. Halbuki, artıq o zaman zərər xeyli çox olub.

3. Bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibov. Onların qanunsuz əməlləri elə Ləğv Planında birbaşa qeyd olunub. Krimanı hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Nəsibov isə son illərdə bankda auditin həyata keçirilməsinə imkan verməyib. Devalvasiya ilə əlaqədar banka dəymiş 197 mln. manat zərərə görə də Abbasovun təqsiri araşdırılmalıdır.

4. Maliyyə Bazarlarına Nəzarət Palatası, habelə şəxsən onun Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışov, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədov. Bu şəxslər bankın 2016-cı ilin may-sentyabr aylarında həyata keçirilmiş “sağlamlaşdrma” proseduruna görə suçludurlar. Belə ki, həmin prosedur Nazirlər Kabinetinin qərarı və planı olmadan aparıldığı üçün qanunsuz olub. Daha sonra, Ləğv Planında birbaşa qeyd olunur ki, bu prosedur uğursuz olub və bank əlavə iri itkilərə məruz qalıb. Üstəlik Mərkəzi Bankın həmin dövrdə banka ayırdığı 115 mln. manatın taleyi müəmmalıdır.

Ə. Həsənov deyib ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Nizami rayonu, Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib.

 

Araşdırma zamanı sözügedən ünvanda “Gündüz-AS” MTK tərəfindən  hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub.   

 

Faktla bağlı MTK-nın direktoru Zakir Bəkirov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün MTK-nın direktoruna icrası məcburi olan “məcburi göstəriş” verilib.

 

Reyd zamanı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 34 ünvanında yerləşən köhnə əlvan metal qəbulu zavodunun ərazisində də sənaye tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilib.

 

Araşdırma zamanı tullantıların fiziki şəxs Fərahim Nəsibov tərəfindən toplanaraq yandırıldığı müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.



12 və 14 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi saxlanılıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov