Xəbər lenti



Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında dava olub, valideynlərdən biri mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntüdən bəlli olur ki, davaya valideynlər də qatılıb, direktor özbaşınalıqda günahlandırılır.

AzNews.az xəbər verir ki, adını açıqlamayan müəllimlərdən biri davanın baş vermə səbəbini virtualaz.org-a danışıb. Onun sözlərinə görə, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.

“Təhsil Nazirliyinin qərarına görə, diaqnostik qiymətləndirmədə 10 baldan aşağı nəticə göstərən müəllimlərə 1-6 saat dərs verilir. Direktor da nazirliyin qərarı ilə onlara cəmi 6 saat dərs verib. Müəllimlərə təkrar imtahan verməlidirlər”, -müəllimə deyib.

Əlavə edib ki, tərəflər arasında əlbayaxa dava olmayıb, sadəcə dərs saatından narazı qalan müəllimlər qışqırıblar. Həmçinin valideynləri direktorun üstünə qaldırıblar. Nəticədə məktəbdə həm valideynlər, həm də müəllimlər arasında parçalanma yaranıb, tərəflər bir-birini ittiham edirlər. Dava ilə bağlı görüntülər yayılndan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.

Müəllimə bildirib ki, hazırda Leyla İsmayılova məktəbdə deyil, onun, yoxsa valideynləri məktəb rəhbərliyinin üzərinə qaldıran müəllimlərin cəzalandırılacağı bəlli deyil. Hər iki tərəf nazirliyin qərarını gözləyir.

Məktəbin telefonuna cavab verən digər müəllim isə təkcə dərs bölgüsü ilə bağlı narazılıq yaranmadığını söyləməklə kifayətlənib. “Direktor istirahət üçün icazə alıb, sabah məktəbə gələndə özü açıqlama verər”.

Təhsil Nazirliyindən isə hələlik məsələyə münasibət bildirməyiblər.

ABŞ-ın Nyu York şəhərində yerləşən “Kinqs Plaza” ticarət mərkəzində yanğın baş verib.

Avtomobil dayanacağında baş verən yanğın zamanı 17 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib. Yanğının söndürülməsi istiqamətində tədbir görülür



İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Terrorçu kamikadze ötən gün Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun ölümünün ildönümü şərəfinə keçirilən nümayişdə özünü partladıb. 

Kabilin polis nümayəndəsinin sözlərinə görə, terrorçu partlayışı törədən zaman motosikletlə hərəkət edib. Nəticədə yeddi nəfər ölüb, 25 nəfər isə yaralanıb.

Gəncədə top mərmisi tapılıb
Avqustun 28-də saat 21:55-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Gəncə şəhəri, Kəpəz rayonu ərazisində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Ardını oxu...

Avqustun 17-də saat 23 radələrində metronun “N.Nərimanov”  stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov