Göyçay rayon Prokurorluğunda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İstintaq işləri davam etdirilir.
22.12.2017 00:06
Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.
Hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun vəziyyəti ağır olaraq qalır.
Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.