Xəbər lenti



Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib.

 

Ölkə.az xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları - Nurlan Verdiyev və Cavid (soyadı xəbər agentliyinə məlum deyil - müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.

Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar. 

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.

***

“Virtualaz.org” xəbər verir ki, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları olmuş Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən, özlərini Vergilər Nazirliyinin əməkdaşları adı ilə təqdim edərək rüşvət alarkən saxlanılıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov