Xəbər lenti



“Bank Standard”ın bir qrup əmanətçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı, Mərkəzi Bankın sədri Elman Rüstəmov və bir qrup vəzifəli şəxs haqda məhkəməyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda iqtisadçı Əkrəm Həsənov məlumat yayıb. Xəbərə görə, bankın 82 əmanətçisi bankın müflisləşməsində təqsirli şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. Təqsirkarlardan vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxmini 81 mln. manat təşkil edir. 

Ə. Həsənov bildirib ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var və buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq.

Ə. Həsənov bildirib ki, bu və digər sübutlara əsasən əmanətçilər hesab edir ki, aşağıdakı şəxslər bankın müflisləşməsində təqsirkardır:

1. Mərkəzi Bank, habelə şəxsən onun sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov (bank nəzarətinə görə məsul olmuş “Bank Mamed”in kürəkəni). Onların əsas vəzifəsi səmərəli bank nəzarətinin həyata keçirilməsi (əmanətçilərin maraqlarını qorumaq üçün) olduğu halda, əksinə, “Bank Standard”dakı qanun pozuntularına ən azı göz yumub, tədbir görməyib, üstəlik bankı yeri gəldi-gəlmədi kreditləşdiriblər.

2. Bankın auditoru olmuş “KPMG”. Bankın auditini qeyri-obyektiv həyata keçirib və onun maliyyə vəziyyəti barədə ictimaiyyətdə yanlış təəssürat yaradıb. Məsələn, 2012-2013-cü illər üzrə təxmini 15 mln. manat zərərin olduğunu bildirib. Halbuki, artıq o zaman zərər xeyli çox olub.

3. Bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibov. Onların qanunsuz əməlləri elə Ləğv Planında birbaşa qeyd olunub. Krimanı hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Nəsibov isə son illərdə bankda auditin həyata keçirilməsinə imkan verməyib. Devalvasiya ilə əlaqədar banka dəymiş 197 mln. manat zərərə görə də Abbasovun təqsiri araşdırılmalıdır.

4. Maliyyə Bazarlarına Nəzarət Palatası, habelə şəxsən onun Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışov, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədov. Bu şəxslər bankın 2016-cı ilin may-sentyabr aylarında həyata keçirilmiş “sağlamlaşdrma” proseduruna görə suçludurlar. Belə ki, həmin prosedur Nazirlər Kabinetinin qərarı və planı olmadan aparıldığı üçün qanunsuz olub. Daha sonra, Ləğv Planında birbaşa qeyd olunur ki, bu prosedur uğursuz olub və bank əlavə iri itkilərə məruz qalıb. Üstəlik Mərkəzi Bankın həmin dövrdə banka ayırdığı 115 mln. manatın taleyi müəmmalıdır.

Ə. Həsənov deyib ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov