Xırdalan şəhər 22 nömrəli musiqi məktəbinin direktor müavini intihar edib.
Bu barədə Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə cümə axşamı, aprelin 5-də baş verib. 1988-ci il təvəllüdlü Nərmin Ağalarova yaşadığı evin çardağında özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Qeyd edilir ki, Ağalarovanın iki azyaşlı övladı var.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.