Xəbər lenti



ABŞ Avropa Birliyinin mallarına əlavə rüsum tətbiq etsə, Avropa Komissiyası cavab addımları atacaq.

 

Bu barədə informasiyanı “Frankfurter Allgemeine Zeitung” qəzeti yayıb. Vaşinqtonun əlavə rüsumu xüsusilə “Harley Davidson” motosikletlərinə və “Burbon” viskisinə tətbiq ediləcəyi bildirilir:

“Bu məhsullar təsadüfən seçilməyib. Belə ki, bu motosikletlər Avropa markası olmasına rəğmən, Viskonsin ştatında yığılır. Buradan Nümayəndələr Palatasının spikeri Pol Rayan seçilib. “Burbon” viskisinə gəlincə isə onlar Tennesi və Kentukki ştatlarında qablaşdırılır. Bu bölgələrdən seçilən senator Mitç Makkonel isə Respublikaçıların Senatdakı lideri sayılır”, - məqalədə bildirilir.

Qeyd edək ki, bundan öncə ABŞ Ticarət naziri Uilbur Ross bir sıra xarici mallara əlavə rüsum tətbiq ediləcəyini bildirmişdi. O, bunun xüsusilə polad və alüminiuma aid ediləcəyini söyləmişdi. Rossun bu açıqlamasından sonra Çin bəyanat yayaraq, ABŞ-ın onun mallarına əlavə rüsum tətbiq edəcəyi halda buna qarşılıq verəcəyini bildirmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov