Xəbər lenti

Azərbaycan Respublikasının Laçın rayonunun işğalının 26-cı ildönümünü ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

 açıqlamada deyilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub:

“İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib.

Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, iki avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır.

Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min ABŞ dollarına satılıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir”.

Qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib:

“Qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib.

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən 700.000-dən artıq köklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulmasının nəticələrinin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90.000-dən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.

Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir.

Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.



Mayın 18-də Vaziyanidə Gürcüstan silahlı qüvvələrinin hərbi təlim mərkəzi açılacaq.

 TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib.

Tbilisidə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı konfransda çıxış edən İzoriya, ABŞ-ın 2018-2020-ci illərdə sözügedən bazada gürcü əsgər və zabit heyətinin hərbi hazırlıq səviyyəsinin artırılması ilə məşğul olacağını diqqətə çatdırıb.

Söhbət Gürcüstan ordusunun doqquz taborundan gedir.

Xatırladaq ki, Gürcüstan hökuməti fevral ayında belə təlim mərkəzinin yaradılmasını nəzərdə tutan dövlət layihəsi haqqında yerli ictimaiyyəti məlumatlandırmışdı. 

Cümə günü - mayın 19-da Türkiyənin “Yeniqapı meydanında Qüdsdə baş verən 14 may qanlı bazar ertəsi hadisələrinə etiraz əlaməti olaraq mitinq keçiriləcək.

 bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

“Cüma günü günortadan sonra “Yeniqapı” meydanında zülmə qarşı böyük həmrəyliyimizi, birliyimizi, mitinqimizi gerçəkləşdirəcəyik. Eyni zamanda, bazar günü Diyabəkirdə fələstinli qardaşlarımızla həmrəylik üçün mitinq keçirəcəyik”.

Ərdoğan müxalifət liderlərini, prezidentliyə namizədləri də “Yeniqapı” mitinqinə qatılmağa dəvət edib.



"Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər".
AzVision.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb: "Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik"

Prezident, həmçinin qeyd edib: "Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir".


Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb. 

"Qafqazinfo"nun məlumatına görə, II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib. Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.


Digər 700 toplamış Jalə Rəcəbova isə Xaçmaz tarixində bir ilkə imza atıb. Belə ki, 8 saylı şəhər orta məktəbin məzunu rayonda ilk tam nəticə göstərən abituriyentdir. 

III ixtisas qrup üzrə isətam nəticə göstərənlərin sayı bir qədər yüksək- 5 abituriyentdir.
Maraqlısı budur ki, II qrup birincilərindən fərqli olaraq bu dəfə tam bal toplayanların hamısı Bakı şəhərində təhsil alır. 
Onlardan ikisi Respublika Olimpiadasının qızıl medal qalibidir.
Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub. 


Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli isə  Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub. 


Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova da tam nəticə göstərənlər siyahısındadır.


 Xəyyam Sultanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdidir.




Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb. 

"Qafqazinfo"nun məlumatına görə, II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib. Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.


Digər 700 toplamış Jalə Rəcəbova isə Xaçmaz tarixində bir ilkə imza atıb. Belə ki, 8 saylı şəhər orta məktəbin məzunu rayonda ilk tam nəticə göstərən abituriyentdir. 

III ixtisas qrup üzrə isətam nəticə göstərənlərin sayı bir qədər yüksək- 5 abituriyentdir.
Maraqlısı budur ki, II qrup birincilərindən fərqli olaraq bu dəfə tam bal toplayanların hamısı Bakı şəhərində təhsil alır. 
Onlardan ikisi Respublika Olimpiadasının qızıl medal qalibidir.
Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub. 


Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli isə  Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub. 


Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova da tam nəticə göstərənlər siyahısındadır.


 Xəyyam Sultanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdidir.




İsrail parlamentində millət vəkilləri İtzik Smuli və Amir Ohana qondarma erməni soyqırımının tanınması üçün Baş nazir Benyamin Netanyahuya müraciət ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.

“Ermənilərə edilən qorxunc haqsızlıqları rəsmi olaraq tanımağın vaxtı gəlib çatdı. Ədalət üçün heç bir zaman gec deyil”, - Ohana deyib.

Xatırladaq ki, İsrail parlamentində fevral ayında da bu tip layihələr irəli sürülmüş, ancaq qəbul edilməmişdi.



Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov