İyunun 9-u saat 14:00-da Bakı Baş Gömrük İdarəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçiriləcək.
bizimaz.az Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edərək, onları həmin toplantıya çağırıb.
Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin iştirakı ilə təşkil olunacaq görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması tədbirləri barədə məlumat veriləcək, eyni zamanda, iş adamlarını maraqlandıran məsələlər müzakirə olunacaq.
Komitə görüşdə iştirak etmək istəyən xarici iqtisadi fəaliyyət iştirakçılarından – iş adamlarından Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qeydiyyatdan keçmələrini istəyib.
Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsi iş adamlarının indiyədək narazılıq etdiyi qurumdan biri olub. İdarənin eks-rəisi Vüsal Novruxov bu yaxınlarda Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.