Xəbər lenti

İyulun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində iki ayrı bankın rəhbərlərinə hökm oxunub. Onların hər ikisi hökmdən sonra azadlığa buraxılıb. Söhbət iki il öncə lisenziyaları ləğv olunmuş “Dekabank” və “Atrabank”ın rəhbərlərindən gedir. Keçmiş bankirlər şərti cəza ilə azadlığa çıxıblar

Ardını oxu...



“Xalq böyük səbirsizliklə gözləyir ki, iki gün camaatın başına bu müsübəti gətirənlər kimlərdir və onlara nə cəza veriləcək?”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Prezident İlham Əliyevin Mingəçevirdə baş vermiş qəza ilə bağlı keçirdiyi müşavirəni şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan xalqının ağılı kəsən, özünü dərk edən hər bir nümayəndəsi bu iki sualın cavabını gözləyir:

“Prezident baş vermiş hadisəyə ciddi, obyektiv münasibət bildirdi. Məsələ tam aydındır. Azərbaycanda baş vermiş bu olaylarda günah kimdədir sualı açıq şəkildə ortaya qoyuldu. Bu suala da cavab axtarıldı. Cavab tapılan ərəfədə nəinki bir-iki, hətta böyük bir struktur cəzalana bilər. Özü də ciddi cəzalandırılmalıdır. Ona görə ki, digər məmurlar nəticə çıxarsın. Hər kəs öz işində məsuliyyətli olmalıdır. Gəlişigözəl sözlərlə iş baş tutmur.

F.İbrahimli əlavə etdi ki, Prezidentin hadisəyə reaksiyası tamamiylə məqbul və xalqın ürəyindən gələn fikirlərin ifadəsi idi. Prezidentin qoyduğu məsələnin cavabı tapılıb həll olunmalıdır. Xalq, millət bunu gözləyir. Bu gələcək üçün böyük mesajdır.

Bahar RÜSTƏMLİ

İyulun 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, iyulun 3-ü, axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov