Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbəri vəzifəsi uğrunda hakimiyyət daxilindəki qruplar arasında cidd savaş gedir. Bu haqda Hurriyyet.org-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, bu posta yeni namizədlər ortaya çıxıb. İddia olunur ki, yeni iddiaçılardan biri “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur.
Şəhərimizdə barmaqla sayılacaq qədər böyük kosmetika satılan mağazalar var. Hər dəfə əlamətdar günlər olanda bu mağazalardan müxtəlif endirim təklifləri ilə bağlı mesajlar alırıq. Heç nəyi düşünmədən mağazaya yollanıb, kosmetik vasitələrin endirimindən yararlanmağa çalışırıq. Amma aldığımız məhsulun keyfiyyətinə, istifadə müddətinə heç baxmırıq. Dəfələrlə parfumeriya mağazalarından aldığı məhsula görə şikayət edən müştərilər olub. Kimi aldığı bahalı ətirin keyfiyyətinin olmadığını, kimi də məhsulun iyinin qalmadığını bildirib.