Mən istəyirəm ki, oynadığınız bütün oyunlara son verəsiniz. Bura həm dünyəvi, həm mənəvi, həm də insanlığın hələ oynamadığı bütün oyunlar aiddir. Bu oyunlar sizin daxili zənginliyinizə, şüurunuza mane olur. Mən istəyirəm ki, sizi ləngidən bu zibildən azad olasınız. İstəyirəm ki, siz lap tək, tam yalnız qalasınız. O zaman heç bir peyğəmbərdən mədət ummayacaqsınız. Sonsuz tənhalığa qərq olmadan daxili mərkəzi tapmaq mümkün deyil.