Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3888 nəfər itkin düşmüş şəxs qismində qeydiyyatdan keçib, 1477 nəfər isə əsir və girovluqdan azad edilib. Erməni quldurlarının əsir-girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.
Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Bu gün Bakı şəhər Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində “Qoşa Park” yaşayış kompleksində baş verən yanğından "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin ailəsi də zərər çəkib.
Bu gün anons vermək istəyirəm ki, problemli kreditlərin həlli məsələsi yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə bu məsələ vətəndaşların xeyirinə həll ediləcək.