Bu gün Bakı şəhər Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində “Qoşa Park” yaşayış kompleksində baş verən yanğından "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin ailəsi də zərər çəkib.
Bizimaz.az xəbər verir ki, bu barədə qəzetin əməkdaşı Günel Cəlilova məlumat verib.
Belə ki, hadisənin baş verdiyi binada baş redaktorun 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanım da olub və onlar xilas edilib. “Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır”, deyə GŞ.Cəlilova əlavə edib.