Xocalı parkında abadlıq işləri demək olar ki, yekunlaşıb, parka rəngarəng güllər və dekorativ kollar əkilib.
Bizimaz.az :Bu barədə Axar.az-a Xətai Rayon İcra Hakimiyyətindən sabah Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar sözügedən rayonda yerləşən “Ana harayı” abidəsinin yerləşdiyi parkda aparılan işlər barədə danışarkən deyiblər.
İcradan bildirilib ki, yenidənqurma işləri bir aydır ki, başlayıb və işlər sürətlə aparılıb:
“Park və ətrafı milli memarlıq nümənələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Rayonun Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənib, rəngarəng güllər və dekorativ kollar əkilib.
Parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında ümumi sahəsi 1200 kv/m əraziyə Xocalı faciəsini əks etdirən foto-bannerlərin quraşdırılması həyata keçirilib”.
İcradan bildirilib ki, anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişini rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri görülüb.