Bakının Bəşir Səfəroğlu küçəsində baş verən yanğınla bağlı FHN rəsmi məlumat yayıb.
Bizimaz.az xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın barədə məlumatın Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə daxil olduğu bildirilib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb.
Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv/m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv/m sahədə, digər otağın və dəhlizin tavanı 20 kv/m sahədə yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.