Xəbər lenti


Cənab Əkrəm İmamoğlu davam edən hüquqi prosesdən niyə narahatdır? Özünü sədr elan edib bu prosesin dayandırılmasını nəyə istinadən istəyir?

Bu sözləri AKP sədrinin müavini Mahir Ünal deyib.

“Özü əlində sənəd sallayaraq qanunsuzluqdan bəhs edir. “ASQ etirazları diqqətə almasın və hüquqi proses dayandırılsın, əlim havaya qaldırılsın” deyir. Bu davranış millətin iradəsinə, hüquq dövlətinə hörmətsizlikdir. Dövlət adam olmaq hüquqi prosesi yox hesab etməmək, “mən sədrəm” deyərək məsələni “oldu-bitdi”yə gətirməməkdir”, - sədr müavini bildirib.

Qeyd edək ki, CHP son olaraq İstanbulda 13 ilçədə (rayon) ilçə seçki qurumlarının verdiyi səslərin yenidən sayılması qərarının ləğv edilməsi üçün İstanbul mahal seçki qurumuna müraciət edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov