Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.
Bizimaz.az: XİN-dən verilən məlumata görə, görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.