Xəbər lenti



"Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) edilən dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var".
 
Bunu universitetin rektoru Elçin Babayev deyib.
 
O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: "Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq".
 
Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: "Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".(report)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov