İyulun 17-də AMEA Rəyasət Heyətinin iclasında "AMEA-nın professoru" adını almaq üçün seçki keçirilib.
Bizimaz.az: APA-nın xəbərinə görə, AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən, gizli keçirilən səsvermədə Rəyasət Heyətinin üzvləri iştirak ediblər.
Nəticələrə əsasən, 13 nəfər “AMEA-nın professoru” adına layiq görülüb. Onların arasında deputat Qənirə Paşayeva da var.
Qeyd edək ki, "AMEA-nın professoru" adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib. Seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib.