Xəbər lenti

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislamın rəhbərlik etdiyi nümayəndə heyəti 16-21 iyun tarixlərində Avstriya Respublikasında səfərdə olacaq. Səfər müddətində Vyana şəhərində bir sıra görüş və tədbirlər nəzərdə tutulur.

Ardını oxu...


Azərbaycanın əsrarəngiz rəqslərindən biri Moskvada Ermənistanın “milli rəqsi” kimi təqdim edilib.

Ermənilər Moskvada növbəti dəfə Azərbaycan əleyhinə təxribata əl atıblar. Bu dəfə onlar məşhur “Uzundərə” rəqsini (Dahi Üzeyir bəyin “O olmasın, bu olsun”da istifadə etdiyi rəqs) mənimsəyiblər.

Moskva. 7 may. Millət teatrı. Dinləyin…


 12 iyun 2019-cu il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “15  İyun – Milli Qurtuluş Günü”  ilə əlaqədar Neft Daşları qəsəbəsində tədbir keçirildi. Himnin səslənməsindən və Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmin nümayişindən sonra tədbirin rəsmi hissəsini açıq elan edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşklatının sədri Hikmət Şikarov çıxışında qeyd  etdi ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Çünki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi indi nə ümumiyyətlə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan danışmaq olmazdı. Bildiyiniz kimi 1990-cı illərin əvvəlində respublikada vəziyyət çox ağır idi. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, böhran yaşanırdı. Silahlı qüvvələrin torpaqlamızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin biri-birinin ardınca i.ğalına səbəb olurdu. Məhz belə bir ağır zamanda xalqın israrlı tələbi ilə Bakıya gələn ulu öndər Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri- qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələrin xalqın dəstəyi ilə zərərsizləşdirdi.  

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov