Xəbər lenti

İngilislərdən Türkiyə ilə bağlı SENSASİON PROQNOZ: 500 min insan öləcək
 

2016-ci ildə İstanbulun bir neçə kilometr cənubunda 5,8 bal gücündə zəlzələ baş verdi.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” qəzeti “Earth and Planetary Science Letters” adlı elmi nəşrdə dərc olunan məqaləyə istinadən yazıb.

“Yavaş zəlzələ” adlanan yeraltı təkan təxminən 50 gün ərzində yayılıb. Zəlzələnin episentri İstanbulun bir neçə kilometr cənubunda yerləşirdi.

Zəlzələ üzrə ekspert Patrik Martinez-Garzonun rəhbərlik etdiyi qrupun araşdırmasına görə, “yavaş zəlzələ” bir anda yer səhtinə çıxsaydı, 5,8 baş gücündə sarsıntı baş verərdi. Tədqiqatçıların fikrincə, zəlzələ Şimali Anadolu fay xəttinin yenidən aktivləşməsi anlamına gələ bilər.

“Bu, fay xəttinin digər hissələrinin parçalanmasını daha da yaxınlaşdıra bilər, ancaq mənzərəni tam görmək üçün daha çox məlumata ehtiyacımız var”, - Garzon bildirib.

Qeyd edək ki, “yavaş zəlzələ”lər enerjini saatdan dəqiqəyə qədər deyil, saatlardan günlərə qədər Yer səhtinə çıxarır.

Qeyd edək ki, Mərmərə dənizi seysmoloji cəhətdən dünyanın ən aktiv bölgələrindən biri hesab olunur. Alimlər yaxın tarixdə bu bölgədə dağıdıcı zəlzələnin baş vermə ehtimalını yüksək qiymətləndirirlər.

Avqustda Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy belə bir proqnoz vermişdi ki, 15 il ərzində Mərmərə bölgəsində baş verməsi gözlənilən zəlzələdən sonra hündürlüyü 6 metrə çatan sunami yarana bilər.

Onun sözlərinə görə, 1509-cu ildə baş verən İstanbul zəlzələsinin eynisi bu gün olsa, 80 min bina dağıla bilər: “Bu, minimum 150 min insanın həyatını itirməsi deməkdir. Bu rəqəm 500 minə qədər arta bilər. Qalan 2,5 milyon insana müvəqqəti sığınacaqlarda, bəlkə də iki il baxmaq məcburiyyətində qalacağıq”.

Professor ehtimal edilən İstanbul zəlzələsinin böyük dalğalara səbəb ola biləcəyini bildirib:

“İstanbul zəlzələsi böyük ehtimal Mərmərə dənizində olacaq. Sunami üzrə biliklər mənim ixtisasıma daxildir. Bu mövzu üzrə bir mütəxəssis olaraq bunu deyə bilərəm: Mərmərə qapalı dəniz olmasına baxmayaraq, sunami təhlükəsini özündə saxlayır. Mərmərə dənizində dalğaların hündürlüyü 3-6 metr arasında ola bilər. Amma bir metr hündürlüyündə olan sunami dalğasının İstanbul sahillərindən yüz metr içəri girməsi, sahildəki bütün avtomobillərin dənizə çəkilməsi anlamına gəlir. Məsələn, Ataköy düz bir yerdir. Su qarşısında heç bir divar yoxdur. Sunami dalğası Ataköyün axırına qədər gedəcək. Binalar salamat qala bilər, lakin zəlzələdən sonra çölə çıxan insanlar sunamidən zərər çəkə bilər. İnsanlar sunami dalğası ilə ölə bilər”.

Şükrü Ərsoy daha əvvəl bildirmişdi, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.

“Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır”, - deyə geoloq xəbərdarlıq etmişdi.

Zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri isə belə qənaətə gəliblər ki, İstanbulda yaxın 11-12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener xəbərdarlıq etmişdi ki, Mərmərə dənizində yaxın gələcəkdə gücü 7 baldan daha yüksək olan zəlzələ baş verəcək.

“Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor qonxunc ssenarinin qaçılmaz olduğunu vurğulayıb.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov