Xəbər lenti

Ötən gün Türkiyədə yanan kənddən nə xəbər?
 

Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan, daha sonra 35 binaya və 60 ailəyə ziyan vuran yanğının dərəcəsi sübh saatlarında üzə çıxıb.

 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, kənddəki bir çox evin tamamilə yandığı müşahidə olunur. Yanğından sonra tərk edilmiş evlərinə gələn vətəndaşlar geriyə qalan əşyalarını axtarıblar. Kənddə dəymiş zərərin qiymətləndirilməsi işlərinə başlanılıb. Həmçinin inşaat texnikasının iştirakı ilə təmizlik işləri aparılır.

Kızılay humanitar yardım qrupları vətəndaşlara su, qida və digər ehtiyacları paylayıb, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) qrupları isə kənddə çadırlar qurublar.

Əkinçilik və Meşə Əməliyyat İdarəsinin baytar qrupları yanğında yaralanan mal-qaraya baxış keçiriblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov