İlon Maskın sahibi olduğu “SpaceX” və “Space Adventures” şirkətləri 2021-ci ildə turistlərin kosmosa səyahətini təşkil etməyə başlayacaqlarını açıqlayıblar.
Bizimaz.az: BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, səyahət “Crew Dragon” adlı kapsulda həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, “Space Adventures” bu vaxta qədər Rusiyanın “Soyuz” raketləri ilə Beynəlxalq Kosmos Stansiyasına (ISS) 7 nəfər göndərib. 2021-ci ildə başlayacaq səyahətə isə hər kəs müraciət edə biləcək.
Artıq ilk səyahət turunda kimlərin yer alacağı da dəqiqləşməyə başlayıb. Məlumata görə, “Microsoft”un həmtəsisçilərindən olan Çarlz Simonyi və İran əsilli milyarder qadın Anuşeh Ənsari gələn il kosmosa səyahət edəcəklər.
Səyahətin qiyməti isə açıqlanmayıb.