Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsində (Rusiyanın 29 regionu) qəfil döyüş hazırlığının yoxlanılması başlanıb.
![]() |
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Osakada G20 sammiti çərçivəsində görüş keçiriblər.
Axar.az-ın TASS-a istinadən xəbərinə görə, danışıqlar zamanı dövlət başçıları Rusiya istehsalı olan S-400 zenit-raket komklekslərinin Ankaraya tədarükünü müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, S-400 sistemlərinin tədarükü vaxtında olacaq:
“Birgə raket istehsalı və texnologiyar mübadiləsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında S-400 zenit-raket komplekslərinin tədarükü barədə razılıq 2017-ci ilin payızında əldə olunub. Müqavilənin dəyəri 2,5 milyard dollar təşkil edir və bu məbləğin yarısını Rusiya krediti ödəyəcək.
Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsində (Rusiyanın 29 regionu) qəfil döyüş hazırlığının yoxlanılması başlanıb.