ABŞ-ın birinci xanımı Melanya Trampın köməkçisi Stefani Qrişem Ağ evin yeni mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə direktoru təyin olunub.
Bunu iyunun 25-də Melanya Tramp öz "Twitter" səhifəsində yazıb.
"Stefani Qrişemin (Ağ evin – red.) növbəti mətbuat katibi və xarici əlaqələr üzrə direktor olacağını xəbər verməkdən şadam! O, 2015-ci ilin sentyabrından bizimlə idi. Prezident və mən administrasiya və ölkəyə xidmət üçün ondan uyğun şəxs təsəvvür edə bilmirik", - deyə o yazıb.
Qrişem sözügedən vəzifədə iyunun əvvəlində istefa verdiyini bəyan edən Sara Sandersi əvəz edəcək.
istinad