Xəbər lenti


 

Cənubi Afrika Respublikasında müsəlman qadın  hicabını çıxarmaqdan imtina etdiyi üçün hərbi tribunal qarşısına çıxacaq.  
 
Bizimaz.az :Moderator.az-ın  xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, Cənubi Afrika Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə  hərbi xidmət keçmiş mayor müsəlman qadın Keyptaunun 2 nömrəli hərbi xəstəxanasında  patoloq-anotom kimi çalışır. Həmin 10 il ərzində qadın hərbi forma ilə birgə  hicab da bağlayıb; baş örtüyü  asanlıqla uniforma papağının altına yerləşdirilib, geyimin yaxalığı aydın görünüb və üniforma üzərində hər hansı bir ordu rəmzinin üzəri örtülməyib. 
 
Qadının vəkili Nazımə Məhəmmədin sözlərinə görə, son vaxtlara qədər müsəlman zabit qadın hicab bağlaması ilə bağlı heç bir  problemlə üzləşməyib. Lakin indi yüksək çinli zabitlər nədənsə mövqelərini dəyişiblər və hərbçi xanımdan hicabın çıxarılmasını tələb edirlər. Və bu əmri yerinə yetirməkdən imtina etdiyi üçün o, hərbi tribunala verilib.
Moderator.az   müsəlman hərbçi qadının sonrakı taleyi haqda məlumat verməyə çalışacaq.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov