Azərbaycan Tibb Universitetinin (ATU) Elmi şurasının qərarına əsasən 2019-cu ilin mart ayının 1-dən etibarən universitetin bütün əməkdaşlarının əlavə əməkhaqqı məbləğinin 20% artırılması barədə qərar qəbul edilib.
Bu gündən Azərbaycanda minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb.
Bakı şəhərinin rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları fəaliyyət göstərəcək.